...

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 İyul 2014 11:25 (UTC +04:00)
2014-cü ildə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovun Azərbaycana səfəri planlaşdırılır.
Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək (ƏLAVƏ OLUNUB)

Qazaxıstan Astana, 7 iyul /Trend, müxbir Yelena Kosolapova/

2014-cü ildə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovun Azərbaycana səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə azərbaycanlı jurnalistlərə müsahibəsində Qazaxıstan XİN-in MDB departamenti direktorunun müavini Kadır Kasabulatov bildirib.

Onun sözlərinə görə, hələlik səfərin tarixinin dəqiqləşdirilməsi üzərində iş gedir.

Kasabulatov qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin inkişafına təkan verən yüksək səviyyədə görüşlər müntəzəm olaraq keçirilir: "Dövlətlərimizin rəhbərləri həm ikitərəfli formatda, həm də çoxtərəfli görüşlər çərçivəsində çox tez-tez görüşlər".

XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələr çox dinamik inkişaf edir: "Bizim bir çox regional və beynəlxalq məsələlər üzrə mövqelərimiz çox yaxındır. Biz həm ikitərəfli formatda, həm də çoxtərəfli əsasda BMT, ATƏT, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY kimi beynəlxalq və regional təşkilatlarda fəaliyyət göstəririk".

Kasabulatovun sözlərinə görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə, eləcə də EXPO-2017 beynəlxalq sərgisinin keçirilməsinə namizədliyini dəstəklədiyinə görə Azərbaycana minnətdardır: "Hesab edirəm ki, Azərbaycanın bu sərgidə iştirakı ikitərəfli investisiya və iqtisadi əməkdaşlığın inkişafının rəhni olacaq".

XİN rəsmisi qeyd edib ki, Qazaxıstan regional və beynəlxalq münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq dinc yolla həllinə tərəfdardır: "Eləcə də BMT TŞ və ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanma tədbirlərini də təsdiqləyirik. Və münaqişənin dinc yolla həlli yollarının axtarışının davam edəcəyinə ümid edirik. Həmçinin humanitar vəziyyətin gərginləşdirilməsi və mürəkkəbləşdirilməsinə yol açan hərəkətləri pisləyirik".

Kasabulatov bildirib ki, Ermənistanın Avrasiya və Gömrük ittifaqlarına daxil olması ilə bağlı Qazaxıstanın mövqeyi məlumdur və bu yaxınlarda bu mövqe bir daha Prezident Nursultan Nazarbayev tərəfindən səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti