...

Qəzet: İraqın kürd muxtariyyəti Bağdadla bütün əlaqələri kəsib

Siyasət Materials 10 İyul 2014 13:55 (UTC +04:00)
İraqın kürd muxtariyyəti ölkənin Baş naziri Nuri əl-Malikinin administrasiyanı yaraqlıları dəstəkləməkdə ittiham etməsindən sonra Bağdadla bütün əlaqələri kəsib.
Qəzet: İraqın kürd muxtariyyəti Bağdadla bütün əlaqələri kəsib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraqın kürd muxtariyyəti ölkənin Baş naziri Nuri əl-Malikinin administrasiyanı yaraqlıları dəstəkləməkdə ittiham etməsindən sonra Bağdadla bütün əlaqələri kəsib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Ərbil [İraqın kürd muxtariyyətinin paytaxtı] İraqın mərkəzi hökumətində muxtariyyəti təmsil edən kürd diplomatlarını Bağdadı tərk etməyə çağırıb.

Dünən İraqın Baş naziri Nuri əl-Maliki kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanini terrorçulara dəstək göstərməkdə təqsirləndirib.

Baş nazir bildirib ki, M.Bərzaninin "hazırda İraqda hər şey başqa cürdür" sözləri administrasiyanın "İraq və Şam İslam Dövləti" təşkilatının silahlıları ilə sıx əlaqələrinin olduğunu təsdiq edir.

Onun sözlərinə əsasən, terrorçular İraqa təhlükə törədir və ölkədə bütün qüvvələr onlara qarşı mübarizə aparmalıdır.

Qeyd edək ki, daha əvvəl İraqın kürd muxtariyyətinin rəhbəri M.Bərzani muxtariyyətin müstəqillik haqqında referendum keçirməyə hazır olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti