...

Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri istefa verib

Siyasət Materials 16 İyul 2014 13:39 (UTC +04:00)
Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə dostluq qrupunun keçmiş rəhbəri baronessa Kerolayn Koks Londonda Ermənistan nümayəndələri ilə görüşdə bildirib.
Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri istefa verib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri istefa verib.

Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə dostluq qrupunun keçmiş rəhbəri baronessa Kerolayn Koks Londonda Ermənistan nümayəndələri ilə görüşdə bildirib.

O deyib: "Qrup mənim istefamı qəbul etdi və yeni həmsədri seçdi".

Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun yeni britaniyalı həmsədri Con Uitinqdeyl olub.

Qeyd edək ki, İngiltərənin Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koks dəfələrlə qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və onun adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "Arzuolunmaz şəxslər" siyahısına salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti