...

Əli Babacan: Türkiyədə prezident seçkiləri ölkə tarixində dönüş anı olacaq

Siyasət Materials 22 İyul 2014 12:46 (UTC +04:00)
Türkiyədə prezident seçkiləri ölkə tarixində dönüş anı olacaq. Bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan bəyan edib.
Əli Babacan: Türkiyədə prezident seçkiləri ölkə tarixində dönüş anı olacaq

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə prezident seçkiləri ölkə tarixində dönüş anı olacaq. Bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyədə keçiriləcək prezident seçkiləri ölkə tarixində demokratiyanın inkişafı üçün xüsusi məna kəsb edəcək.

Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalına müsahibəsində bəyan edib ki, ölkə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməlidir. Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər: "İlk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək".

Ərdoğan qeyd edib ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti