...

Koreya Prezidenti: Koreya Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Siyasət Materials 8 Avqust 2014 17:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Koreya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov etimadnaməsini Koreya Respublikasının Prezidenti xanım Park Qın-hyeyə təqdim edib.
Koreya Prezidenti: Koreya Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov etimadnaməsini Koreya Respublikasının Prezidenti xanım Park Qın-hyeyə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə R.Teymurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını xanım Park Qın-hyeyə çatdırıb, öz növbəsində Koreya Respublikasının Prezidenti onun salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə R.Teymurov Azərbaycanın Koreya Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Asiya regionunda Koreyanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirmiş və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafında maraqlı olduğunu Koreya Prezidentinin diqqətinə çatdırıb.

Öz növbəsində, Koreya Prezidenti xanım Park Qın-hye ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, son dövrlərdə Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin fəal iştirakını nəzərə çatdırmış və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin, iqtisadi və siyasi sahələrdə perspektiv əməkdaşlıq imkanlarına dair bir sıra məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti