...

Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP-li jurnalist YAP-a keçmək üçün müraciət etdi

Siyasət Materials 9 Avqust 2014 13:05 (UTC +04:00)
Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Məmmədov Dəyanət Ədalət oğlu müəssisə rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.
Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP-li jurnalist YAP-a keçmək üçün müraciət etdi

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Məmmədov Dəyanət Ədalət oğlu müəssisə rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə həbs edilmiş şəxs, 1979-cu il təvəllüdlü, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Məmmədov Dəyanət Ədalət oğlu (Dəyanət Azərsoy) tərəfindən

MÜRACİƏT:

"Mən Məmmədov Dəyanət Ədalət oğlu (jurnalistika sahəsində Azərsoy kimi tanınan, ali təhsilli jurnalistəm). Əvvəllər bir çox TV-lərdə (regionda fəaliyyət göstərən Qubanın Xəyal TV-də direktor müavini, Qütb TV-də jurnalist və bir çox verilişlərin aparıcısı, eləcə də paytaxt mediasında işləmişəm. "Ədalət" qəzeti, "Etimad" qəzeti və digərlərində çalışmışam. Lakin sonradan isə müxalifət mediasına keçdim. Yəni müxalifət mediasının jurnalistlərinin yağlı vədlərinə aldanaraq iqtidar mediasından uzaqlaşdım. Beləliklə, mən özünü müxalifət adlandıranların yazılı və elektron mediasında çalışdım. İlk əvvəl Milli Şuranın üzvü və mətbuat katibi Oqtay Gülalıyevə məxsus "Azadlıq" TV-də jurnalist və redaktor kimi çalışdım. Bir müddət keçdikdən sonra "Azadlıq" TV radiosu baş tutmadı. Yəni bir müddət işlədikdən sonra TV-nin fəaliyyəti dayandı. Bildirim ki, "Azadlıq" TV layihəsinə müxalifət tərəfindən maddi yardım olunmalı idi və bu, olmadığı üçün layihə baş tutmadı. Bundan sonra mən AXCP partiyası üzvlərinin vasitəsilə TÜRKSAAT yayımından (Peyk antena vasitəsi ilə) "Azərbaycan saatı" verilişinə video süjet hazırlayırdım. Hazırladığım videolar həmin verilişdə verilirdi. Və beləliklə, mən artıq AXCP-nin tərəfdarına çevrildim. Bunu da deyim ki, bunun necə olduğunu özüm də heç bilmədim. Bu arada onu da qeyd edim ki, mənim kimi neçə-neçə gənc-cavanın başını necə aldadırlarsa (əsasən də gəncləri), bir də baxırıq ki artıq Azərbaycana lazım olmayan, ancaq xarici təşkilatlardan pul alaraq (qopararaq) özünə rahat həyat yaradan Əli Kərimlinin tərəfdaşı olur. Mən özüm dəfələrlə Əli Kərimli kimi nadürüst, şərəfsiz bir adamın adamlarının diktəsi ilə Azərbaycan dövlətinə xələl gətirəcək, Azərbaycanın inkişaf etmiş iqtisadi və sosial inkişafına xələl gətirən yazılar hazırlamışam. AXCP-çilər, yəni onun dırnaqarası liderləri ayrı-ayrı "mirzə"lərinə Azərbaycanın dövlət nümayəndələrinə olmazın iftiralarla və yalan və böhtan yazıların hazırlanması barədə göstərişlər verirdilər. Mən də bu yönümdə, yəni onların diktəsi ilə bir neçə dövlət məmuru haqqında iftiralı yazılar yazmışam. AXCP-çilərin göstərişilə belə yazılar hazırlamışam. Bildirirəm ki, mən belə yazılar hazırladığıma görə peşmanam və üzr istəyirəm.
Bundan əlavə, dövlətimizə xəyanətdə ermənilərlə iş birliyi yaratmağa görə həbs olunan Leyla Yunusun mediada müdafiəsinin qurulması göstərişləri Əli Kərimli tərəfindən onun vasitəçiləri vasitəsilə bizlərə deyildi. Bildirilirdi ki, Leyla Yunus AXCP partiyasına tez-tez maddi yardımlar edir. Yəni Əli Kərimli ondan pul alır. L. Yunus AXCP üçün lazım işlər görür, ona görə də onu müdafiə etmək lazımdır. Eləcə də özlərini Milli Şura sayan, yəni adlandırılanlar ən əsası da Cəmil Həsənli öz ətrafına bir qrup toplayaraq elə AXCP partiyası ətrafında birləşərək olmazın işlər görürlər. Yəni Azərbaycanın inkişaflı gələcəyinə xələl gətirməyə çalışırlar və bunları ona görə dəqiqliyi ilə deyirəm ki, özüm də onların içində olmuşam və artıq onların iç üzünü gözəl bilirəm. Mən bildirirəm ki, mən Azərbaycan saatının Peyk antenalı Türk saatında həftədə 2 gün yayımlanmasının xərclərinin pulunu haradan maliyyələşdiyini AXCP-nin bəzi üzvlərindən soruşmuşam və mənə bildiriblər ki, o pulu AXCP vasitəsilə göndərirlər. Onu da qeyd edim ki, mən şəxsən özüm dəfələrlə tədbirlərdə Əli Kərimli ilə görüşmüşəm və onun media haqqında danışmışam. Həmişə də mənə Azərbaycan iqtisadi-sosial inkişafı barədə heç vaxt yaxşı yazmayın. Olmasa da yalandan da olsa tənqid edin ki, qoy xarici təşkilatlar dövlətlər eləcə də insanlar yaxşı heç nə oxumasınlar. Mənim də çalışdığım yazılar, video süjetlər verdiyim media qurumları Əli Kərimlinin nəzarətində, yəni himayəsində olanlar idi.

Mən indi anlamışam ki, AXCP və Milli Şura tərəfdarı olmağımla böyük bir səhvə yol vermişəm. Mən indi bilmişəm ki, bu partiya (əgər buna indi partiya demək olarsa) və Milli Şura kimi geydirmə üzdəniraq təşkilat Azərbaycan dövlətinə ermənilərdən də dəhşətli təhlükədir. Bir partiya ki ermənilərlə işbirliyi yaradır və Vətənimizə xəyanət edən Leyla Yunsun verdiyi puldan da bəhrələnirsə, bu partiyanın dırnaqarası rəhbərləri ölümə belə məhkum olunmalıdır. Mən buna görə, yəni AXCP-çilərin sıralarında olduğuma görə xəcalət çəkirəm. Buna görə də dövlətini sevən hər bir xalqımın üzvündən üzr istəyirəm. Əli Kərimlinin diktəsi ilə yazılar hazırladığıma görə çox peşmanam və peşmançılıq hissi keçirirəm.

Mən Dəyanət Azərsoy (Məmmədov) olaraq bəyan edirəm ki, mən AXCP sıralarında olduğuma görə bir daha peşmançılıq bildirirəm və bəyan edirəm ki, mən onların yanında yoxam və hazırda aldadılaraq AXCP sıralarında olan gənc və cavanlara tövsiyə edərdim ki, nə qədər gec deyil ondan uzaqlaşsınlar. Azərbaycanı inkişafla irəli aparan cənab Prezident İlham Əliyevin ətrafında birləşsinlər. Ermənipərəst Əli Kərimli Azərbaycan cəmiyyətinə böyük bir ləkədir. Leyla Yunusun Ermənistandan aldığı pulla yaşayan bir partiya məhvə məhkumdur. Mən bəyan edirəm ki, mən AXCP sıralarından uzaqlaşdığım üçün Prezidentə müraciət edirəm ki, məni Yeni Azərbaycan Partiyasına üzv qəbul edəsiniz. YAP sıraları ilə fəxr edirəm. Lazım olarsa, TV vasitəsilə də bunları deyə bilərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti