...

Britaniyalı diplomatlar regional məsələlərin müzakirəsi üçün Bakıda toplaşıblar

Siyasət Materials 22 Avqust 2014 11:49 (UTC +04:00)
Britaniyalı diplomatlar regional məsələləri müzakirəsi üçün Bakıda toplaşıblar.
Britaniyalı diplomatlar regional məsələlərin müzakirəsi üçün Bakıda toplaşıblar

Azərbaycan, Bakı, 22 avqust / Trend, müxbir Səbinə Əhmədova/

Britaniyalı diplomatlar Bakıda toplaşıblar.

Trend-in səfirliyin Twitter səhifəsinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Gürcüstandakı və Ermənistandakı səfirləri Aleksandra Hol Hol (Alexandra Hall Hall) və Ketrin Ceyn Liç (Katherine Jane Leach), ölkənin İstanbuldakı baş konsulu Li Türnr (Leigh Turner), Xarici İşlər Nazirliyinin nümayəndəsi və regional və rəhlükəsizlik məsələləri üzrə nümayəndəsi Bakıdadırlar. Böyük Britaniyanın Azərbaycandakı Səfiri İrfan Sıddıq da müzakirələrdə iştirak edir.

Diplomatların Bakıya səfərinin məqsədi regional məsələri müzakirə etməkdir.

Qeyd edək ki, Britaniyalı diplomatların bu görüşü hər il baş tutur. Sözügedən görüş ötən il Gürcüstanda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti