...

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 23 Avqust 2014 09:40
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-dən 28-dək Bəhreynin Manama şəhərində "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı, Almaniyanın Ştrausberq şəhərində kütləvi informasiya vasitələri ilə əlaqədar ekspert görüşü, avqustun 26-dan sentyabrın 13-dək isə Almaniyanın Qrafenvör şəhərində "Combined Endeavor-2014" təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti