...

Novruz Məmmədov: Azərbaycan İsveç XİN rəhbərinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı

Siyasət Materials 12 Sentyabr 2014 16:12 (UTC +04:00)
Azərbaycan İsveç xarici işlər nazirinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı və ona görə də deyirdi: "görün, bizim haqqımızda kim fikir formalaşdırır".
Novruz Məmmədov: Azərbaycan İsveç XİN rəhbərinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan İsveç xarici işlər nazirinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı və ona görə də deyirdi: "görün, bizim haqqımızda kim fikir formalaşdırır". Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

N.Məmmədov yazır: "Aftonbladet" qəzetinin məlumatından aydın olur ki, nazir Karl Bildtin tənqidlərinə məruz qalmamaq üçün onunla "xüsusi əlaqələr" qurmaq lazımdır".

Qeyd edək ki, İsveçdə qalmaqal yaranıb: "Aftonbladet" qəzeti XİN rəhbəri K.Bildti korrupsiyada və Gürcüstanın keçmiş rəhbərliyinə tamahkar lobbiçilikdə günahlandırıb.

Jurnalistlər iddia edirlər ki, K.Bildtlə əlaqəsi olan PR firma 3 milyon dollardan artıq vəsait müqabilində Mixeil Saakaşvilinin Avropada imicinin yaxşılaşdırılması ilə bağlı bu ölkənin əvvəlki hakimiyyətindən pul alıb.

İsveçin xarici işlər naziri dəfələrlə Azərbaycanın ünvanına əsassız tənqidlərlə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti