...

Zakir Həsənov təlim bölgəsində müşavirə keçirdi (FOTO)

Siyasət Materials 16 Sentyabr 2014 14:51 (UTC +04:00)
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər davam edir.
Zakir Həsənov təlim bölgəsində müşavirə keçirdi (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlimlər mərhələli surətdə sentyabrın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti