...

Nihat Zeybekçi: Türkiyə Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirə bilər

Siyasət Materials 19 Sentyabr 2014 10:26 (UTC +04:00)
Türkiyə Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirə bilər. Bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib.
Nihat Zeybekçi: Türkiyə Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirə bilər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirə bilər. Bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü "Haber7" telekanalı yayıb.

Onun sözlərinə görə, hazırda Türkiyədə Aİ-yə daxil olmaq üçün islahatlar aparılır və lazım olan vaxtda Ankara göstərilən məsələyə dair referendum keçirə bilər.

Bir müddət əvvəl Aİ işləri naziri Volkan Bozkır deyib ki, Türkiyə Avropa İttifaqına üzv olmaq üçün islahatları davam etdirəcək. Onun sözlərinə əsasən, Aİ-yə üzv olmaq Ankara üçün strateji hədəfdir.

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti