...

Ziyafət Əsgərov: Avropa Parlamenti “donos”lar əsasında qərəzli qətnamə qəbul edir

Siyasət Materials 19 Sentyabr 2014 16:36 (UTC +04:00)
Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı son qətnaməsini mən də çox diqqətlə oxumuşam. Bu qətnamənin ruhu başdan-ayağa qərəzdir, böhtandır və yalandır.
Ziyafət Əsgərov: Avropa Parlamenti “donos”lar əsasında qərəzli qətnamə qəbul edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı son qətnaməsini mən də çox diqqətlə oxumuşam. Bu qətnamənin ruhu başdan-ayağa qərəzdir, böhtandır və yalandır.

Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin 1-ci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov rəhbərlik etdiyi komitənin sentyabrın 19-da keçirilən iclasında bildirib.

Vitse-spiker Avroparlamentin son addımını təxribat kimi qiymətləndirib: "Bu gün Avropada problem yoxdur? Avropada insan hüquqları, söz azadlığı, demokratiya ilə və sair məsələrlə bağlı xeyli problemlər var. Niyə o zaman həmin problemlərlə, digər Avropa ölkələri ilə də bağlı belə qətnamələr qəbul etmirsiniz? Elə bir müddət öncə Azərbaycanla bağlı qətnamə qəbul etmişdiniz. Sizin Azərbaycandan savayı işiniz-gücünüz yoxdur?"

Z.Əsgərovun fikrincə, AP-nin bu addımı əslində Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə, qarışmaq cəhdidir: "Ümumiyyətlə, biz hər zaman Avroparlamentin Azərbaycana qarşı qərəzini hiss etmişik. Bu, birinci dəfə deyil. Onu da deyim ki, Avroparlamentin 751 üzvü var. Ancaq bu qətnaməni cəmi 46 nəfər qəbul edib ki, ilk öncə elə bu həmin sənədin legitimliyinə şübhə yaradır. İkincsi, həmin 46 nəfərdən 45-i ümumiyyətlə, Azərbaycanda olmayıb. Siz Azərbaycanda olmamısınız, buradakı şəraitlə, vəziyyətlə tanış deyilsiniz, Azərbaycan haqqında heç nə bilmirsiniz, amma belə bir əsassız, Azərbaycandakı "müxalifətçilərin", "hüquq müdafiəçilərinin" buradan göndərdikləri "donos"lar əsasında qərəzli qətnamə qəbul edirsiniz. Axı, nə haqla?

Azərbaycanda olmayan adamların belə bir qətnamə qəbul etməsi ümumiyyətlə, nə dərəcədə ciddi məsələdir? Onlar hansı haqla belə bir qətnamə qəbul edirlər və ya edə bilərlər?!"

O, həmçnin Avroparlament də daxil olmaqla bəzi beynəlxalq qurumların Azərbaycana qarşı tez-tez "siyasi məhbus" məsələsi ilə bağlı ittihamlar səsləndirməsinə də toxunaraq bildirib ki, həm AP-nin həm Avropa Şurasının (AŞ), həm də digər beynəlxalq qurumların üzvləri ilə bu yöndə dəfələrlə müzakirələr aparılıb: "Biz dəfələlərlə bu məsələni müzakirə etmişik. Mən özüm bir hüquqşünas kimi şəxsən onlardan soruşmuşam ki, "siyasi məhbus" məsələsi ilə bağlı kriteriyanız nədir? Onlar isə çox primitvcəsinə çavab veriblər ki, bəs bizim hüquqşünaslar yığışıb bir yerə "siyasi məhbus" məsələsi ilə bağlı kriteriya müəyyənləşdiriblər. Demişəm ki, siz deyirsiniz ki, həmin kriteriyalarla Azərbaycanda "siyasi məhbus"lar var, o zaman mən də deyirəm ki, həmin kriteriyalarla bağlı Azərbaycanda "siyasi məhbus"lar yoxdur, həmin kriteriyalarla Avropanın özündə, Böyük Britaniyada, Almaniyada və sair ölkələrdə "siyasi məhbus"lar var... İndi görürsünüz bunların yanaşması nə qədər primitiv və bəsitdir?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti