...

Azərbaycan və Türkiyə təyyarəçilərinin şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrləri (VİDEO)

Siyasət Materials 26 Sentyabr 2014 20:19 (UTC +04:00)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı təyyarəçilər döyüş uçuşları icra edərək şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlər yerinə yetiriblər.
Azərbaycan və Türkiyə təyyarəçilərinin şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrləri (VİDEO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı təyyarəçilər döyüş uçuşları icra edərək şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlər yerinə yetiriblər.

Trend Müdafiə Nazirliyinə istinadən həmin manevrlərin videogörüntülərini təqdim edir.

Qeyd edək ki, ümumilikdə təlimlərdə iki ölkənin HHQ-lərinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilir.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlər oktyabrın 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti