...

Vitse-spiker: "Beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər"

Siyasət Materials 30 Sentyabr 2014 13:12 (UTC +04:00)
Beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər.
Vitse-spiker: "Beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər"

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər". Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən deyib.

İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, o, beynəlxalq təşkilatlarla əlaqələri kəsməyin əleyhinədir.

Millət vəkilinin fikrincə, 5-6 nəfərə görə, Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək lazım deyil: "Hüquq-mühafizə orqanları rəhbərləri müvafiq qərar qəbul edib, məhkəməyə qədər bu adamlar barəsində seçilmiş həbs-qətimkan tədbirləri dəyişdirilməlidir. Çünki dünyada ictimai fikri böyük dövlətlərin "barmağı" ilə oturub-duran təşkilatlar formalaşdırır. Bu acı reallığı da qəbul edib düşünürəm ki, Azərbaycan xalqına qarşı ən ağır cinayət törətsələr belə, 5-6 nəfərə görə biz Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməli deyilik".

Vitse-spiker Bahar Muradova isə onun fikirlərinə qəti etiraz edərək deyib ki, əslində məsələ bu 5-6 nəfərdə deyil: "Kimsə fikirləşirsə ki, bu adamlar azad olunsa, beynəlxalq təşkilatların mövqeyi dəyişəcək, səhv düşünür. Bir çox qurumlarda belə fikirləşirlər ki, Azərbaycan özündən razı şəkildə siyasət yürüdür. Bizi yalnız buna görə yox, onların maraqlarında alət olmadığımız üçün cəzalandırmaq istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti