• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Adil Qeybulla: Müsavat Partiyasındakı vəziyyət həll olunmasa, partiya siyahıda olan bir quruma çevriləcək

16 Oktyabr 2014 16:55 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyası başqan seçkilərindən sonra yaranmış vəziyyətdən çıxış yolu tapmasa, partiya getdikcə zəifləyəcək və siyahıda olan bir partiyaya çevriləcək. Bunu Trend-ə Müsavatın keçmiş Məclis və Divan üzvü Adil Qeybulla deyib.

O, hesab edir ki, Müsavat Partiyasında başqan seçkilərindən narazı qalanlarla danışıq aparılmalı və konsensus tapılmalıdır: "Əgər bu tapılmırsa, deməli problem ciddidir və ya bu problemin olmasında maraqlı olan insanlar var. Seçkilərdən sonra belə vəziyyətin yaranacağını proqnozlaşdırırdıq".

Partiyadan bir sıra gənclərin istefasına münasibət bildirən A.Qeybulla qeyd edib ki, bu gün gəncləri itirmək ciddi itki sayılmalıdır: "Nəzərə alsaq ki, indi partiyalara gəliş yoxdur, o zaman gənclərin partiyadan itkisi daha ağırdır. Gənclərin partiyadan bu şəkildə çıxması, bəzi adamların buna etinasız yanaşması, "5-10 nəfərin getməsi ilə partiya dağılmaz" deməsi siyasi naşılıqdan xəbər verir. Əslində 2003-cü illə müqayisədə Müsavat Partiyasının sıralarında çox ciddi bir seyrəkləşmə var. Bu, çoxsaylı amillərlə, o cümlədən subyektiv, obyektiv amillərlə bağlıdır. Yəni insanların bu və ya digər səbəbdən partiyadan getməsi faktları var".

A.Qeybulla bildirib ki, belə bir durumda partiya haqqında belə etinasız danışıqlar siyasi naşılıqdan irəli gəlir: "Hazırkı durumdan çıxış yolu ondadır ki, istər yeni başqan, istərsə də rəhbərliyə daxil olan digər şəxslər konsensus haqqında ciddi düşünməlidir. Yoxsa mən heç kimi saymıram, heç kim mənə şərt qoya bilməz kimi ambisioz, mənasız və uzağa gedə bilməyən ifadələrlə məsələnin həlli mümkün deyil. Vəziyyətin daha da gərginləşməməsi üçün narazılıqlara son qoyulmalı və konsensus tapılmalıdır. Yox əgər bu olmayacaqsa, Musavat Partiyası getdikcə zəifləyib cəmiyyətdə nüfuzu olmayan, siyahıda olan bir partiyaya çevriləcək".

Qeyd edək ki, başqan seçkilərindən narazı qalan A.Qeybulla və Müsavat Partiyasının keçmiş başqan müşaviri, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bu gün Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaratdıqlarını bəyan ediblər.

Sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu bundan əvvəl Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İ.Qəmbər başqanlığa namizədliyini verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Adil Qeybulla
  • Müsavat Partiyası
Azernews Newspaper
Digər xəbərlər
Gənclər Müsavat Partiyasının qızışdırıcı siyasətinə etiraz etdi (FOTO) (YENİLƏNİB)
Siyasət 2 Fevral 2017 15:28
Tural Abbaslı: Təəssüf ki, bu cür hallar Müsavat Partiyasında həqiqətə çevrilib
Siyasət 5 Noyabr 2015 13:37
Müsavat seçkilərə mandat almaq üçün qatılmışdı
Seçki 2015 4 Noyabr 2015 20:18
Məzahir Pənahov: Müsavatın seçkilərdə iştirakı dayandırmaq barədə qərarı başqa məqsədə xidmət edir
Seçki 2015 31 Oktyabr 2015 16:30
MSK: Seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi Müsavat Partiyası və "Nida" hərəkatının maraqlarına cavab vermir
Seçki 2015 29 Oktyabr 2015 19:37
MSK Müsavat Partiyasının seçkidə iştirakı dayandırmaq barədə müraciətini qəbul etmədi
Seçki 2015 29 Oktyabr 2015 16:59
Müsavatın "fatihə"si oxundu
Siyasət 26 Oktyabr 2015 22:10
Mətbuat Şurası mitinqdə monitorinq aparıb
Cəmiyyət 25 Oktyabr 2015 22:14
Müsavat Partiyasının namizədinin imzaları eyni şəxs tərəfindən çəkilib
Seçki 2015 16 Oktyabr 2015 11:54
Müsavat Partiyasının namizədi imza siyahısına ölən şəxslərin adlarını yazıb (ƏLAVƏ OLUNUB 3)
Siyasət 10 Oktyabr 2015 15:55
MSK müsavatçıların şikayətinə baxdı
Siyasət 29 Sentyabr 2015 16:03
Müsavat Partiyasının deputatlığa namizədinin imzaları saxta çıxdı (ƏLAVƏ OLUNUB)
Siyasət 28 Sentyabr 2015 15:37
Müsavat Partiyasında namizədlərin müəyyənləşdirilməsi zamanı narazılıq yaranıb
Siyasət 29 Avqust 2015 12:40
Əhməd Oruc: "Müsavatda baş verənlərə təəssüf hissi ilə baxırıq"
Siyasət 9 İyun 2015 21:09
Vurğun Əyyub: Müsavatda saxta sənəd verilməsi məsələsi məhkəmə qaydasında araşdırılmalıdır
Siyasət 8 İyun 2015 13:16
Fəzail Ağamalı: Müsavat Partiyasının saxta sənəd verməsi məsələsi hüquqi baxımdan araşdırılmalıdır
Siyasət 5 İyun 2015 15:57
Müsavatda istefalar səngimək bilmir
Siyasət 20 May 2015 12:38
Bir qurultaya tab gətirməyən partiya
Siyasət 14 May 2015 21:15
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter