...

Azərbaycan ilə Aİ arasında yeni komitə yaradılır

Siyasət Materials 30 Oktyabr 2014 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni birgə komitənin yaradılması prosesi gedir. Bu barədə Trend-ə eksklüziv açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, yeni yaradılacaq birgə komitə Aİ ilə Azərbaycan arasında sentyabrın 1-dən qüvvəyə minmiş viza rejiminin sadələşdirilməsi haqqında sazişin yerinə yetirilməsinə nəzarət edəcək: "Biz əmin olmaq istəyirik ki, viza rejiminin sadələşdirilməsi haqqında saziş hər iki tərəfə faydalar gətirəcək və hesab edirəm ki, bu, irəliyə doğru atılan böyük addımdır".

Aİ ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunan M.Mard qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tvinninq proqramlarının sayı artırılır: "Aİ üzvü olan müxtəlif ölkələr Azərbaycan tərəfi ilə birgə turizm, pensiya sistemi, ətraf mühit məsələləri və digər sahələrdə əməkdaşlıq yollarını araşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti