...

YAP bələdiyyə seçkiləri ilə bağlı statistikanı açıqladı

Siyasət Materials 6 Noyabr 2014 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə seçkilərində iştirak üçün bu günə qədər 13 431 nəfər namizəd irəli sürülüb və bu proses davam edir. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP-ın 1607 bələdiyyənin hər birinə öz namizədlərini irəli sürdüyünü deyən S.Novruzov vurğulayıb ki, namizədlikləri irəli sürülənlərdən 12 511-i dairə seçki komissiyalarından imza vərəqələrini götürüb və hazırda imzaların toplanılması prosesi gedir.

Onun sözlərinə görə, bəzi yerlərdə imzalar artıq toplanılıb və dairə seçki komissiyalarına təhvil verilib: "3514 nəfər namizəd üçün imzalar artıq toplanıb, müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim edilib və bu proses davam edir".

S.Novruzov əlavə edib ki, imza toplama prosesi təqribən noyabrın 9-dək, namizədlərin qeydiyyatı isə noyabrın 12-nə qədər yekunlaşmalıdır: "Bundan sonra isə artıq təbliğat-təşviqat kampaniyasına başlanmalıdır".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin bu il dekabrın 23-də keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti