Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Trend-in icmalçısı, siyasi ekspert Arzu Nağıyev "Bu həftə"də İran-Azərbaycan münasibətlərinin bu gün və gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini şərh etdi.
- Prezident İlham Əliyevin Tehrana səfərindən sonra yeni dönəmə qədəm qoyan İran-Azərbaycan münasibətlərinin Prezident Həsən Ruhaninin Bakıya gəlişindən sonra inkişafını necə görürsünüz?
- İranla Azərbayc
- Bildirildiyi kimi, səfər zamanı 10 sənəd imzalanacaq. Bunlar hansı sahələri əhatə edəcək və münasibətlərin inkişafına nə kimi töhfə verəcək?
- Zənnimcə, sərhəd məsələlərinə daha çox önəm verilir. Yəni imzalanacaq sənədlər enerji satışı, sərhəd çaylarından birgə istifadə, gömrük prosedurlarının sadələşdirilməsi
- Yəqin ki, müzakirə edilən məsələlər sırasında Xəzər dənizinin hüquqi statusuna da toxunulacaq.
- Xəzərin statusunun müəyyənləşdirilm
- Son zamanlar istiləşən münasibətlər fonunda Azərbaycan İranla Qərb arasında körpü rolunu oynaya bilərmi?
- Bildiyimiz kimi, Qərblə İran arasında münasibətlər heç də yaxşı deyil. Belə ki, İranda kütləvi qırğın silahlarının hazırlanması ilə bağlı bu ölkəyə embarqolar qoyulur, sanksiyalar tətbiq edilir. Məhz bununla bağlı Qərblə İran arasında Azərbaycanın körpü rolunu oynaması mümkün məsələdir. Belə ki, Qərb Azərbaycana karbohidratların daşınması ilə bağlı etibar edir, belə olan təqdirdə isə İran qazının Avropaya çıxışı reallaşa bilər.
- Qarşılıqlı səfərlər əlaqələrə nə kimi yenilik gətirəcək?
- Qeyd etmək yerinə düşər ki, İran və Azərbaycan arasında bağlanmış sazişlər həyata keçirilir. təhlükəsizlik, mütəşəkkil cinayətkarlıqla mübarizə, terrorizm və narkotiklərin daşınmasının qarşısının alınması istiqamətində üç sənəd imzalanıb ki, bu da öz səmərəsini verir. İki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır, qarşılıqlı investisiyaların yatırılmasında inam var. Məlumdur ki, Bakı-Astara yolunun yenidən qurulması, Parsabad-İmişli-
- Azərbaycan-İran münasibətlərinin istiləşməsindən narahat olan qüvvələr var. İki ölkə bunun qarşısını almaq üçün nə edir?
- Bakı-Təbriz-Tehran uçuş xətti həyata keçirilən gündən bunun başqa məqsədli olduğu söylənilirdi. Terrora və ya hansısa başqa hadisələrə yol açacağı deyilirdi. Lakin qısa zaman kəsiyində bunun boş sözlər olduğu hamıya məlum oldu. Unutmaq lazım deyil ki, İran əhalisinin yarıdan çoxu etnik azərbaycanlılardır və hər iki tərəfin əhalisin arasında müsbət münasibətlərin qurulması bəzi insanları qıcıqlandıra bilər. Lakin çalışmaq lazımdır ki, hər iki tərəfin diaspor təşkilatları işlərini elə qursunlar ki, bu münasibətlərdə soyuqluq yaranmasın. Sərhəd zonasında olan bölgələrimizin inkişafına da İran-Azərbaycan münasibətlərinin müsbət təsiri var. Yəni bu bölgələr inkişaf edər, ticarət əlaqələri güclənər. Bir sözlə, hər iki tərəfin münasibətlərinin inkişafı müsbət tendensiya ola bilər.