...

NATO Bakıda əməliyyat planlaşdırması üzrə təlim keçirir

Siyasət Materials 12 Noyabr 2014 13:25
Bakıda NATO-nun əməliyyat planlaşdırması üzrə kurs keçirilir.
NATO Bakıda əməliyyat planlaşdırması üzrə təlim keçirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda NATO-nun əməliyyat planlaşdırması üzrə kurs keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirilir.

Kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını təkmilləşdirəcəklər.

Təlim zamanı NATO mütəxəssisləri tərəfindən əməliyyat planlaşdırma prosesi barədə dinləyicilərin məlumatlandırılması, strateji mühitin qiymət¬ləndirilməsi, əməliyyat planının və müvafiq sənədlərin hazırlanması ilə bağlı məlumatların verilməsi nəzərdə tutulub.

Təlim kursu noyabrın 14-də başa çatacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti