...

Bələdiyyə seçkiləri ilə bağlı YAP-da son durum

Siyasət Materials 13 Noyabr 2014 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərinə namizədlərinin 9198 nəfəri artıq namizədlik statusu alıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, 1607 bələdiyyədə 15035 yerə hələlik YAP tərəfindən 14848 namizədin sənədləri dairə seçki komissiyalarına təqdim olunub: "Onlardan 13312-si imza vərəqələrini götürüb, 13242-si imza vərəqələrini müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim edib. İmza vərəqələrini təqdim edənlərdən artıq 9198 nəfəri namizəd kimi qeydə alınıb. Hazırda proses davam edir".

S.Novruzov qeyd edib ki, YAP-ın namizədlərinin 37 faizə qədərini yeni namizədlər, yəni müxtəlif seçkilərdə fəal iştirak etmiş gənclər, qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti