...

Tacikistan Gürcüstanda infrastruktur layihələri ilə maraqlanıb

Siyasət Materials 29 Noyabr 2014 02:13 (UTC +04:00)
Gürcüstanın regional inkişaf və infrastruktur nazirini müavini Tengiz Şergelaşvili Tacikistanın hökumət nümayəndə heyətini qəbul edib.
Tacikistan Gürcüstanda infrastruktur layihələri ilə maraqlanıb

Gürcüstan, Tbilisi, 29 noyabr /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstanın regional inkişaf və infrastruktur nazirini müavini Tengiz Şergelaşvili Tacikistanın hökumət nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Tacikistan İqtisadi inkişaf və ticarət nazirinin müavini Umed Davlatzadə tərəfindən rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə prezident administrasiyası, maliyyə nazirliyi və digər idarələrin nümayəndələri daxildirlər.

Tacikistan nümayəndə heyəti Gürcüstanda cari və planlaşdırılmış infrastruktur layihələri, habelə yerli özünüidarəetmə islahatları ilə maraqlanıb. Tengiz Şergelaşvili nümayəndə heyəti üzvlərinin bütün suallarına ətraflı cavablar verib.

Tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər və ümidvar olduqlarını bildiriblər ki, bu proses hər iki ölkə üçün sərfəli olacaq.

Xəbər lenti

Xəbər lenti