...

Türkiyə Azərbaycanı G20 sammitində iştiraka dəvət edib

Siyasət Materials 1 Dekabr 2014 14:15 (UTC +04:00)
Türkiyə Azərbaycanı 2015-ci ildə Antalyada keçiriləcək G20 sammitində iştiraka dəvət edib.
Türkiyə Azərbaycanı G20 sammitində iştiraka dəvət edib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Azərbaycanı 2015-ci ildə Antalyada keçiriləcək G20 sammitində iştiraka dəvət edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, Azərbaycanın G20 sammitində iştirakı Türkiyə üçün xüsusi önəm kəsb edir.

Ə.Babacan qeyd edib ki, Türkiyə dekabrın 1-dən G20-yə başçılıq edir: "Türkiyə bir il ərzində dünya iqtisadiyyatının sükanı arxasında olacaq. Ankara bu dövr ərzində G20 və daha az inkişaf etmiş ölkələr arasında iqtisadi bərabərsizliyə həsr olunmuş dialoqu təşkil edəcək".

Qeyd edək ki, G20 sammitinin iştirakçıları aşağıdakı dövlətlərdir: Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa İttifaqı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti