Əli Həsənov: Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir (FOTO)

Əli Həsənov: Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın müstəqil mediası 2014-cü ildə inkişaf edib və Azərbaycanda kütləvi informaisiya vasitələrinə dövlət dəstəyi öz bəhrəsini verib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zaman deyib.

Ə.Həsənovun sözlərinə görə, görülən tədbirlər mahiyyət etibarilə ona xidmət edir ki, Azərbaycanın daxili həyatının mühüm tərkib hissəsi olan, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən söz və məlumat azadlığı davamlı şəkildə inkişaf etsin, cəmiyyət həyatının, daxili sistemimizin ayrılmaz tərkib hissəsinə çevrilsin. Azərbaycan mediası ölkədə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, hökumətin fəaliyyətini, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst şəkildə təhlil etsinlər, heç bir kənar müdaxilə olmadan istədikləri informasiyanı toplasınlar, ictimaiyyətin diqqətinə təqdim etsinlər və əhalinin rəyini müvafiq olaraq öz səhifələrində əks etdirərək hakimiyyətə çatdırsınlar.

O, qeyd edib ki, heç kim Azərbaycanda söz və məlumat azadlığı, KİV-lərin müstəqilliyi sahəsindəki mövcud vəziyyətin dünyanın hansısa ölkəsindəki vəziyyətdən pis olduğunu deyə bilməz: "Heç kim deyə bilməz ki, Azərbaycanda hansısa jurnalist azad şəkildə bu və ya digər hadisələr, proseslər haqqında sərbəst informasiya toplamaq, onları öz auditoriyasına təqdim etmək, ictimai müzakirəsini təşkil etmək və bu müzakirələrin nəticələri haqqında cəmiyyətə öz mesajlarını çatdırmaq imkanında deyil. Heç kim deyə bilməz ki, bu sahədə fəaliyyət göstərən hər hansı jurnalist indiyə qədər dövlət tərəfindən və yaxud dövlətin ayrı-ayrı strukturları tərəfindən təzyiqlərə məruz qalıb. Lakin təəssüflər olsun ki, bu gün dünyada Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühitini qaralamağa çalışan müxtəlif qeyri-hökumət təşkilatları və ayrı-ayrı beynəlxalq dairələr mövcuddur. Bilirsiniz ki, Azərbaycanda azad milli medianın təməli hələ 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulub. Ondan sonra ayrı-ayrı dövrlərdə Azərbaycan mediası müxtəlif inkişaf mərhələləri keçərək bugünkü inkişaf səviyyəsinə çatıb".

PA rəsmisi bildirib ki, bu mərhələdə ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan mediası nəinki ölkənin aparıcı institutlarından birinə çevrildi, eyni zamanda regionun və dünyanın qabaqcıl nümunələri sırasına daxil oldu: "Ümummilli liderin 1998-ci il avqustun 6-da imzaladığı fərman Azərbaycanda azad, kənar təsir olmadan özünü tənzimləyən medianın təməlini qoydu. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etdi və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz önəmli töhfələrini verir".

Ə.Həsənov bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq dairələrin məqsədyönlü şəkildə söz və məlumat azadlığından sui-istifadə etdiyini və jurnalistlərin konkret istiqamətə yönəltdiyini diqqətə çatdırıb: "Bu gün böyük dövlətlərdə baş verən hadisələr həmin ölkələrin bəlli dairələrinin senzurasından keçirilərək onlara məxsus transmilli media vasitəsilə dünyaya təqdim olunur. Üstəlik, həmin transmilli media ayrı-ayrı müstəqil ölkələrdə, məsələn, müsəlman dövlətlərində baş verən hadisələri də həmin dairələrin maraqları prizmasından dünyaya çatdırmaq istəyir. Məgər dünyada siyasi plüralizm, media plüralizmi təkcə bir neçə transmilli media orqanına aid olan dəyərdirmi? Məgər dünyada baş verən hadisələri işıqlandırmaq baxımından Azərbaycandakı jurnalistlərlə həmin o böyük dövlətlərdə yaşayan jurnalistlərin hüquqları eyni deyilmi?"

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu gün bəzi beynəlxalq və xarici jurnalist qurumları ayrı-ayrı ölkələrdə media azadlığının vəziyyətini qərəzli şəkildə təhlil edir, ortaya heç bir reallığa uyğun gəlməyən siyahılar qoyurlar: "Müxtəlif kiçik dövlətlərin siyasətinə təsir göstərmək məqsədilə bu və ya digər təzyiq mexanizmləri işə salınır. Ancaq bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edir və bundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir və cənab İlham Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduqca, belə də davam edəcək. Azərbaycan cəmiyyəti azad medianın nə olduğunu çoxdan bilir. Bu dəyər Avropa və dünya ölkələrinin bir çoxundan əvvəl Azərbaycan mediasının və jurnalistlərimizin qəlbinə hakim kəsilib".

PA rəsmisi deyib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunur: "Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir".

Ə.Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün mətbuat nümayəndələrini təbrik edib və onlara növbəti ildə uğurlar arzulayıb: "Dövlətimizin imkanları artdıqca, mediamızın da maddi imkanları artacaq, dövlətimiz inkişaf etdikcə, mediamız da inkişaf edəcək və cəmiyyətin həyatında öz layiqli yerini tutacaq".

O, həmçinin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısına xoş arzularını çatdırıb: "Media təmsilçiləri, o cümlədən Azərbaycanın bu sahədə çalışan məmurları adından cənab Prezidenti təbrik edirəm, Allahdan ona, onun rəhbərlik etdiyi Azərbaycana həmişə uğurlu günlər arzu edirəm. Qoy müstəqil, güclü Azərbaycan həmişə xoşbəxt anlarla qarşılaşsın".

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Loading Bars
Xəbər lenti
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə baxacaq orqanlar müəyyənləşib
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Xalq artisti Əjdər Həmidov vəfat edib
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək
Vergi Məcəlləsində dəyişiklik edilib
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək
Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı
Şuşa şəhərinin havadan videogörüntüsü
Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb (FOTO)
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu
Məhkəmə İmişlinin keçmiş icra başçısının vəsatətini rədd etdi
Qafqaz ermənilərinə bir neçə söz…
Azərbaycanda 3 646 nəfər COVID-19-a yoluxub, 1 259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Noyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir - Deputat
Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
Xəzər dənizində zəlzələ olub
53 ictimai iaşə obyektində kobud pozuntular aşkarlanıb (FOTO)
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Dini konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Bütün xəbərlər