Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Azərbaycan Ukrayna Beynəlxalq Alyansının bu il keçirdiyi sorğu əsasında Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma "İlin adamı" seçilib.
Alyansın sədri Elmar Məmmədov Trend-ə deyib ki, Ukraynanın Kiyev, Odessa, Lvov, Dnepropetrovsk və Truskavets şəhərlərində 3000 nəfər arasında keçirilən sorğu əsasında L.Kuçma böyük səs çoxluğu ilə "İlin adamı" seçilib.
Qeyd edək ki, L.Kuçma 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukraynanın Prezidenti olub.