...

İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verdi

Siyasət Materials 31 Dekabr 2014 16:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.
İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verdi

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Başsağlığında deyilir: ""AirAsia" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti