...

Polşanın yeni səfirinin Azərbaycana gələcəyi vaxt açıqlandı

Siyasət Materials 6 Yanvar 2015 13:17 (UTC +04:00)
Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Salka Bakıya fevralın ikinci yarısında gələcək.
Polşanın yeni səfirinin Azərbaycana gələcəyi vaxt açıqlandı

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Səba Ağayeva/

Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Salka Bakıya fevralın ikinci yarısında gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Salka bu vəzifədə səlahiyyət müddəti ötən ilin avqustunda başa çatmış Mixail Labendanı əvəz edəcək.

Bundan əvvəl Salka Polşanın Cənubi Koreyada səfiri, Polşa XİN-in Şərq departamentinin direktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti