...

Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı mövqeyində dəyişiklik gözləmir

Siyasət Materials 2 Fevral 2015 14:39 (UTC +04:00)
Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini dəyişəcəyini gözləmir.
Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı mövqeyində dəyişiklik gözləmir

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini dəyişəcəyini gözləmir. Trend "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Bülənt Arınç bəyan edib.

Onun sözlərinə görə, Ermənistan 1915-ci il hadisələrinin yüz illiyinə böyük əhəmiyyət verir.

B.Arıç qeyd edib ki, Türkiyə Ermənistan tərəfə dəfələrlə jest edib, amma Ankara Türkiyə-Ermənistan münasibətlərinin yeni məcraya yönələcəyinə ümid etmir.

Baş nazirin müavini deyib ki, Ankara və Yerevanın münasibətlərinin normallaşması üçün ilk növbədə Ermənistanla Türkiyə ilə qardaş ölkə olan Azərbaycan arasında münasibətlər normallaşmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti