...

Oqtay Əsədov: "Sən elə danışdın ki, məni ağlamaq tutdu"

Siyasət Materials 2 Fevral 2015 16:55 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan polislərinin səlahiyyətlərinin artırılması təklif olunub.
Oqtay Əsədov: "Sən elə danışdın ki, məni ağlamaq tutdu"

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan polislərinin səlahiyyətlərinin artırılması təklif olunub.

Trend-in məlumatına görə, bu təkliflə çıxış edən millət vəkili Etibar Hüseynov qeyd edib ki, polislərə qarşı zorakılıq hallarının, avtomobili polisin üstünə sürmək hallarının şahidi oluruq.

E.Hüseynov qeyd edib ki, Rusiyada və digər ölkələrdə polislərin göstərişlərini səssizcə yerinə yetirən həmvətənlərimiz ölkəyə gələndə sanki dəyişirlər, polisə qarşı kobud davranırlar: "Hesab edriəm ki, polislərin səlahiyyətlərinin artırılmasına ehtiyac var".

Spiker Oktay Əsədov isə E.Hüseynovun təklifinə "sən elə danışdın ki, məni ağlamaq tutdu" deyərək cavab verib. O.Əsədov qeyd edib ki, polislər haqqında bu cür danışmaq düzgün deyil: "Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti