Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Səba Ağayeva/
Polşanın Azərbaycana təyin edilmiş yeni səfiri Marek Tsalka gələn həftə Bakıya gələcək. Bunu çərşənbə axşamı Trend-ə Polşanın Bakıdakı səfirliyindən deyiblər.
Yeni səfir bu vəzifədə ötən ilin avqustunda səlahiyyətləri başa çatmış Mixal Labendanı əvəzləyəcək.
M.Tsalka daha əvvəl Cənubi Koreyada səfir və Polşa XİN-in Şərq departamentinin direktoru vəzifələrində çalışıb.