...

İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 7 Fevral 2015 14:30 (UTC +04:00)
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olundu.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti