...

Ankara Türkiyə-Aİ parlament komissiyasının iclasını təxirə salıb

Siyasət Materials 11 Fevral 2015 14:35 (UTC +04:00)
Ankara bu il fevralın 18-19-da İstanbulda keçirilməli olan Türkiyə-Aİ birgə parlament komissiyasının növbəti iclasını təxirə salıb.
Ankara Türkiyə-Aİ parlament komissiyasının iclasını təxirə salıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara bu il fevralın 18-19-da İstanbulda keçirilməli olan Türkiyə-Aİ birgə parlament komissiyasının növbəti iclasını təxirə salıb. Buna səbəb komissiyanın gündəliyinə qondarma "erməni soyqırımı" ilə bağlı müzakirələrin daxil edilməsi olub. Bu barədə Trend çərşənbə günü "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Bundan əvvəl Türkiyə hakimiyyəti Aİ-yə xəbərdarlıq edib ki, komissiyanın iclasının gündəliyinə qondarma "erməni soyqırımı"nın müzakirələrinin daxil ediləcəyi halda, Ankara onun keçirilməsindən imtina edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti