...

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə müzakirələr apardı

Siyasət Materials 12 Fevral 2015 17:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə müzakirələr apardı

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti