...

Ölkəmizdəki xarici hərbi attaşelər xüsusi təyinatlı təhsil müəssisələrində (FOTO)

Siyasət Materials 13 Fevral 2015 18:55 (UTC +04:00)
14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Ölkəmizdəki xarici hərbi attaşelər xüsusi təyinatlı təhsil müəssisələrində (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Ölkəmizdəki xarici hərbi attaşelər xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət ediblər.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib.

14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti