...

Azərbaycan IDEX-2015 sərgisində hansı silah və texnikaları nümayiş etdirəcək?

Siyasət Materials 18 Fevral 2015 14:20 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək IDEX-2015 beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək.
Azərbaycan IDEX-2015 sərgisində hansı silah və texnikaları nümayiş etdirəcək?

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Müdafiə Sənayesi Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək IDEX-2015 beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək.

Nazirlikdən Trend-ə bildiriblər ki, fevralın 22-dən 26-dək BƏƏ-nin paytaxtı Abu-Dabidə IDEX-2015 adı altında beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı IDEX-2015 sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgi zamanı müdafiə sənayesi naziri Y.Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti