Prezident İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib

Azərbaycan, Bakı, 4 mart /Trend/
Martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.