...

NATO-nun mobil təlim qrupu Azərbaycan HHQ üçün kurs keçir (FOTO)

Siyasət Materials 4 Mart 2015 16:50 (UTC +04:00)
NATO nümayəndələri Hərbi Hava Qüvvələrinin zabitləri üçün kurs keçir.
NATO-nun mobil təlim qrupu Azərbaycan HHQ üçün kurs keçir (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

NATO nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) zabitləri üçün kurs keçir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.

Tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsi əməliyyatlarında iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların verilməsi nəzərdə tutulub.

Təlim martın 6-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti