Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxış edərək dedi: "Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir. Səfəriniz Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras qoyublar.

Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik".
Prezident deyib ki, bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır: "Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur".

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin sentyabrında Bakıya etdiyi səfər zamanı "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimində iştirakını xatırladı. Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını, regionda aparıcı ölkəyə, neft və qaz sahəsində beynəlxalq ticarətdə mühüm amilə çevrildiyini diqqətə çatdıran Bolqarıstan dövlətinin başçısı dedi: "Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində Avropa İttifaqının əsas tərəfdaşına çevrilmişdir. "Cənub" qaz dəhlizinin uğurla həyata keçirilməsi Bolqarıstanın yeganə boru xəttindən və təchizatçıdan uzunmüddətli asılılığına son qoyacaqdır. Keçən ilin sentyabr ayında Bakıda rəsmi mərasimdə yüksək səviyyədə təmsil olunmağımız da Bolqarıstan Respublikasının Avropa üçün strateji əhəmiyyət daşıyan bu infrastruktur layihəsinə verdiyi önəmin ifadəsidir. Bolqarıstan və Azərbaycan arasında enerji əməkdaşlığının təməlində hər il 1 milyard kubmetr qazın təchizi üzrə artıq imzalanmış müqavilə, habelə əlavə həcmlərin müzakirə olunması imkanı durur. Lakin biz daha yaxşı nəticələr də əldə edə bilərik. Biz Bolqarıstanda və Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz anbarları və qaz tranziti infrastrukturunun inşası sahəsində Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlıyıq".

Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi: "İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Bolqarıstan xalqını milli bayramı - 3 mart Azadlıq Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə də "Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" bizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir".

İlham Əliyev qeyd edib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var: "Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri - İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və "Şahdəniz" layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir".

Prezident qeyd edib ki, Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir: "Biz regional əməkdaşlığa töhfə verən digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu istifadəyə veriləcəkdir.

Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur.

Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də cari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.

Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış "Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm".

Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində  maraqlıdır - Səfir (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Loading Bars
Xəbər lenti
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 7 218 nəfər sağalıb
Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib
Sumqayıtda fərdi evdə yanğın baş verib
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Ermənistanın yalanları dünyanı 20 Yanvar faciəsinin əsl mahiyyətindən yayındırmağa yönəlib - Politoloq
Qarabağda Rusiya və Azərbaycan xilasedicilərinin birgə fəaliyyəti ilə 210 ədəd mina zərərsizləşdirilib (FOTO)
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Pambıqçılığın inkişafı ilə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib (FOTO)
İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq - Könül Nurullayeva
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib
Bakıda yol qəzası tıxaca səbəb olub
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib (FOTO)
İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir - Nümayəndələr Azərbaycana səfər edəcək
Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev (VİDEO)
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikan cavab verib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN çavuşu (FOTO)
Kəlbəcər rayonunun Çopurlu kəndi (FOTO/VİDEO)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Türkdilli dövlətlər arasında əməkdaşıq perspektivləri müzakirə edilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 milyon manat daxil olub
Xaçmazda Şəhidlər Xiyabanı yenidən qurulub (FOTO)
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Bütün xəbərlər