Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanla Norveç arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sənəd təsdiq edilib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş təsdiq edilib.
Bundan əlavə isə "Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilib.