...

Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub

Siyasət Materials 12 Mart 2015 13:50 (UTC +04:00)
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin xanımı Mehmuda Məmnun martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində olub.
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub

Azərbaycan, Bakı, 12 mart /Trend/

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin xanımı Mehmuda Məmnun martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində olub.

Qonağa muzeyin tarixi barədə məlumat verilib.

Bildirilib ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanıb.

Burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Hazırda 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.

Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub.

Pakistanın birinci xanımına muzeylə bağlı kitab və albom hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti