...

Meksikanın tanınmış universitetində "Yaxın Şərq, Afrika və Qafqaz həftəsi" keçirilib

Siyasət Materials 18 Mart 2015 10:27 (UTC +04:00)
Meksikanın tanınmış “ANAHUAC SUR” Universitetində “Yaxın Şərq, Afrika və Qafqaz həftəsi” adlı tədbir keçirilib.
Meksikanın tanınmış universitetində "Yaxın Şərq, Afrika və Qafqaz həftəsi" keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Meksikanın tanınmış "ANAHUAC SUR" Universitetində "Yaxın Şərq, Afrika və Qafqaz həftəsi" adlı tədbir keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı "ANAHUAC SUR" Universitetinin rektoru Abraham Kardenas çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verib, tədbirin ikitərəfli münasibətlərin dərinləşməsini baxımından önəmli olduğunu və qeyd olunan region ölkələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbir zamanı səfirlik tərəfindən prezentasiya edilərək Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olmasından bəhs edilib, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu və Avropa təsisatlarına inteqrasiya məsələlərinin Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətləri olması ifadə edilib.

Həmçinin Ermənistanın-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və onun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonun işğalı, bunun ağır nəticələri, bu ərazilərdən olan təqribən 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə iştirakçılara məlumat verilib.

Daha sonra Azərbaycanın iqtisadi baxımdan dinamik inkişaf edən ölkəyə çevrildiyi, son bir neçə ildə Azərbaycan iqtisadiyyatının həcminin üç dəfə artdığı diqqətə çatdırılıb. Ölkəmizin enerji siyasəti, habelə enerji sektorunda həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri haqqında iştirakçılar məlumatlandırılaraq, hazırda Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində starteji rol oynadığından bəhs edilib.

Konfransda həmçinin Meksika-Azərbaycan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verilib. Həmçinin Meksikaya azərbaycanlı nazirlərin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin həyata keçirildiyi, habelə Meksika Senatı və Parlement nümayəndə heyətləri tərəfindən Azərbaycana bir sıra mühüm səfərlərin gerçəkləşdiyindən bəhs olunub. Meksika ilə Azərbaycan arasında bir sıra sazişlərin imzalandığı və gələcəkdə də yeni müqavilələrin imzalanacağı iştirakçıların diqqətinə çatdırılıb.
Sonda səfirlik tərəfindən Azərbaycanda mövcud təhsil imkanlarından bəhs edilərək, ADA Universitetinin akademik imkanları və beynəlxalq əməkdaşlıq təcrübəsi, habelə ADA Universitetinin və Dövlət Neft Akademiyasının təqaüd proqramları və ADA Universitetinin Yay Enerji Məktəbi barədə ətraflı məlumat verilib.

"Yaxın Şərq, Afrika və Qafqaz həftəsi" adlı tədbir müddətində iştirakçı ölkələr tərəfindən stendlər qurulub. Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları kulinariyası barədə müxtəlif çap materialları paylanılmış və video prezentasiya olmuş, habelə ölkəmiz haqqında rəsm əsərlərindən ibarət kiçik sərgi yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti