...

Azərbaycan tankları üzə çıxdı (FOTO) (VİDEO)

Siyasət Materials 19 Mart 2015 12:00 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.
Azərbaycan tankları üzə çıxdı (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.

Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan Müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti