Azərbaycan, Bakı, 20 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.
Başsağlığında deyilir: "Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"