...

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planının icrası vəziyyəti müzakirə olunub

Siyasət Materials 6 Aprel 2015 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Bu gün Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fəaliyyət Planının icrası vəziyyətinə dair müzakirələr aparılıb.

Fəaliyyət Planının səmərəli və vaxtında həyata keçirilməsində hər iki tərəfin maraqlı olduğunu bildirən nazir müavini bu istiqamətdə müəyyən işlərin görüldüyünü vurğulayıb, Avropa Şurasının Bakıdakı ofisi ilə qarşılıqlı fəaliyyət çərçivəsində birgə layihələrin Fəaliyyət Planına uyğun hazırlanaraq uğurla icra olunacağına əminliyini ifadə edib.

Qeyd olunan Planın həyata keçirilməsində Azərbaycan dövlətinin siyasi iradəsinin olduğunu bildirən D.Filipoviç təmsil etdiyi qurumun Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığını qeyd edib. O, Plana uyğun olaraq təşviq olunan layihələrin ayrı-ayrı məqsədlərindən və icrasının təşkilindən danışıb, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində hazırlanmış digər layihələr barədə məlumat verib.

Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti