Azərbaycan, Bakı, 8 aprel /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:
Komissiyanın sədri
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov - Xalq Rəssamı
Arif Məlikov -Xalq Artisti
Ömər Eldarov - Xalq Rəssamı
Eldar Quliyev - Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
Bu fərmanla "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli fərmanı ləğv edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.