...

Fuad Axundov: "Bütün türk xalqları birləşərək erməni saxtakarlığına qarşı mübarizə aparmalıdır"

Siyasət Materials 21 Aprel 2015 13:40 (UTC +04:00)
Azərbaycanın bütün dövlət strukturları, elmi ocaqlarının nümayəndələri birləşərək erməni saxtakarlığına qarşı birgə mübarizə aparmalıdır.
Fuad Axundov: "Bütün türk xalqları birləşərək erməni saxtakarlığına qarşı mübarizə aparmalıdır"

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanın bütün dövlət strukturları, elmi ocaqların nümayəndələri birləşərək erməni saxtakarlığına qarşı birgə mübarizə aparmalıdır". Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Bakıda keçirilən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda keçirilən konfransda çıxışı zaman deyib.

F.Axundov qeyd edib ki, Ermənistan ideologiyası saxta kitablar üzərində qurulub: "Uşaq nağıllarından başlayaraq ermənilər bütün kitabları saxta istiqamətə yönəldirlər. Ancaq indiki dövrdə virtual məkanda yeni texnologiyalar vasitəsilə böyük bir dönüş yaranır. Cənab Prezidentimiz İlham Əliyev bu məsələyə çox böyük qiymət verir və hamını bu istiqamətdə bir olmağa çağırır ki, erməni saxtakarlığına dəyərli bir cavab verək".

Qondarma "erməni soyqırım"ı məsələsinə münasibət bildirən F.Axundov qeyd edib ki, ermənilər tarixi siyasiləşdirməyə çalışırlar. O vurğulayıb ki, heç bir siyasətçi elmə, tarixə təsir edə bilməz: "Hansısa siyasətçı tarixdən kənar bəyanatlar verməklə özünü yalnız biabır edir".

F.Axundov qeyd edib ki, bütün türk xalqları birləşərək erməni saxtakarlığına qarşı mübarizə aparmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti