...

Tarix dərsləri "əzabkeş" Ermənistan üçün hədər gedib

Siyasət Materials 23 Aprel 2015 23:50 (UTC +04:00)

Azərbaycan Xəbərlər Xidməti

Elmira Tariverdiyeva - Trend:

Belə məlum olur ki, Ermənistan prezidentinin bu yaxında ürəkdolusu danışdığı tarix dərsləri bu "əzabkeş" ölkə üçün hədər gedib.

Qürrələnən Serj Sarkisyan "Euronews" telekanalına müsahibəsində az da olsa utanmadan dedi ki, uzun illərdir ölkəsinə diqqət qazandıran amil kimi Ermənistanın uğurları və iqtisadi inkişafı (?!) deyil, bütün dünyaya olan köhnə inciklikləri xidmət edir.

Sarkisyan müsahibə zamanı çox maraqlı bir fikir dilə gətirdi: "Yaddaş (tarixi hadisələr barədə) oxşar hadisələrin qarşısını almağa xidmət edir". Lakin görünür ki, onların soydaşlarına qucaq açmış Osmanlı İmperiyasında yüz il əvvəl ölənlər barədə xatirələr Ermənistana heç nə verməyib. Ona görə ki, illər sonra elə bu xalq azərbaycanlılara qarşı soyqırım törətdi. Qətlə yetirilənlər arasında bircə hərbçi yox idi, hamısı dinc sakinlər, o cümlədən qoca, qadın və uşaqlar idi.

Söhbət kiçik Azərbaycan şəhəri Xocalının əhalisinə qarşı soyqırımdan gedir.

Həmin qanlı qətliam nəticəsində 613 nəfər dinc sakin öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər isə girov götürülüb. Onların əksəriyyətinin taleyi barədə heç bir məlumat yoxdur.

Təəssüf ki, sözdə bəşəriyyətə qarşı cinayətləri dayandırmağa çağıran Sarkisyan özü əməllərində təcavüzkardır və məhz onun üzündən hər il xeyli sayda azərbaycanlı və erməni gənclər cəbhə xəttində həlak olurlar.

"Soyqırım"dan dərs keçən bu adam qonşu dövlətlə münaqişəni ildən-ilə uzadır; sadəcə ona görə ki, dünya erməniləri başqalarından torpaq qoparmaq və heç bir vəchlə geri qaytarmamaq qərarına gəliblər.

Birdən-birə ölkəsi haqqında Qərbdə və Vatikanda bəhs olunmasından fərəhlənən erməni prezident özünün və hökumətinin ildən-ilə Ermənistan xalqına qarşı soyqırım törətməsi barədə susur. Ermənistanda əhalinin sayı gündən-günə azalır, insanlar övlad dünyaya gətirmək istəmir. Uşağı olanlar da "unudulmuş" ölkədən getməyə çalışırlar. Bu, bütöv bir xalqın məhv edilməsi deyilmi?

Düşünün, prezident Sarkisyan, tarix sizə nə öyrədib və bu təcrübəni necə istifadə etmək lazımdır? Tarixdən sülh, əmin-amanlıq və xeyir üçün yararlanmaq lazımdır, yüz illərlə nifrət içində yaşayan xalqı məhv etmək, ətrafda olan hər kəslə didişmək üçün yox.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti