...

Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılması qərarı verildi

Siyasət Materials 4 May 2015 02:20 (UTC +04:00)
Müsavat Partiyasının üzvü Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib.
Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılması qərarı verildi

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının üzvü Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə qərar bu gün partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısında verilib.

Qərarın verilməsində V.Əyyubun özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymaması, qərarlara tabe olmaması, üzvlük haqqını ödəməməsi əsas gətirilib.

Qeyd edək ki, qərar Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şurası tərəfindən baxılıb, təsdiq olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti