...

Adil Qeybulla Müsavat Partiyasının yanlış siyasətinə şərik olmamaq üçün partiyadan istefa verdiyini bəyan edib

Siyasət Materials 4 May 2015 11:32 (UTC +04:00)
Müsavat Partiyasının daha bir tanınmış üzvü partiyadan istefa verməsi barədə bəyanat yayıb.
Adil Qeybulla Müsavat Partiyasının yanlış siyasətinə şərik olmamaq üçün partiyadan istefa verdiyini bəyan edib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının daha bir tanınmış üzvü Adil Qeybulla partiyadan istefa verməsi barədə bəyanat yayıb.

Trend-in məlumatına görə, A.Qeybulla öz istefasını partiyanın digər tanınmış üzvü Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi ilə əlaqələndirib.

A.Qeybulla bəyanatında bildirib ki, V.Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb:

"Əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatıb. Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirən məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti