Fikrət Yusifov: "Bu təzyiqlərin hədəfində müstəqilliyimiz və dövlətimizdir"

Fikrət Yusifov: "Bu təzyiqlərin hədəfində müstəqilliyimiz və dövlətimizdir"

Azərbaycan, Bakı, 12 may /Trend/

"Azərbaycan gənc dövlət olaraq böyük "dostları"nın ikili standartlara söykənən yanaşmasından, bir qədər də açıq desək, ikiüzlü siyasətindən əziyyət çəkir. Biz uzun illərdir ki, xüsusən Dağlıq Qarabağ probleminə yanaşmada bu ikiüzlü siyasətin şahidi oluruq. Bu gün isə Azərbaycanın özü hədəfə alınıb".

Trend-in məlumatına görə, bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov antiazərbaycan kampaniyalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir tərəfdən, Azərbaycanı terrorizmə qarşı mübarizədə özünün yaxın tərəfdaşı elan edən, ölkədə keçirilmiş bütün seçkilərin nəticəsini demokratiyaya doğru addım kimi qiymətləndirən, bu vaxta qədər imzalanmış əfv sərəncamlarına, "Salamlayırıq", "Düzgün istiqamətdə atılmış addımdır" deyə reaksiya verən "dostlar" bu gün tamam fərqli bir ovqata köklənərək ənənəvi münasibətlərə uzaq olan davranış nümunələri sərgiləyirlər: "Tam əminliklə deyə bilərik ki, Azərbaycanın qısa müddət ərzində özünün müstəqil siyəsətini möhkəmləndirəcək resurslara sahiblənəcəyini dünya gücləri də gözləmirdi. Bugünkü reallıqlar hərtərəfli şəkildə üzə çıxdıqca, ölkələri təsir altında saxlamağa adət etmiş qüvvələr bərk narahatlıq keçirirlər. Yanılmıramsa, Lev Tolstoyun fikridir. Deyir, əgər kimsə səni pis adam hesab edirsə, deməli, sən ona aşırı yaxşılıqlar etmisən. İndi biz də məhz bu vəziyyətdəyik. İstər beynəlxalq terrorizmlə mübarizədə, istərsə də dünyanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanı özünün yaxın tərəfdaşı elan edən, siyasi, iqtisadi və humanitar sahələrdə onunla əməkdaşlığa maraq göstərən bir ölkənin, konkret olaraq Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı siyasi dairələri bilavasitə dövlətimizə qarş yönəlmiş gizli siyasi oyunlar qururlarsa, təbii ki, bu bizim təəssüfümüzü doğurur. Sual olunur: nə baş verdi ki, bu gün Azərbaycana qarşı kampaniyalar təşkil olunur, əsassız ittihamlar səsləndirilir? Əslində dəyişən çox şey var. Azərbaycan dünyanın siyasət meydanında öz mövqelərini daha da möhkəmləndirib, iqtisadi inkişaf yolunda kifayət qədər ciddi nəticələr əldə edib, kənar təsirlər altına düşmədən daha inamlı müstəqil siyasət aparır, daxili problemlərini mərhələli şəkildə həll edir, həm sosial-iqtisadi, həm də ictimai-siyasi müstəvidə başqa ölkələrin də yararlana biləcəyi müsbət fəaliyyət mexanizmləri tətbiq edir. Bunların nəticəsində isə ölkədə bütün sahələr üzrə nəzərəçarpacaq irəliləyişlər əldə olunub".

O vurğulayıb ki, ABŞ-ın 250 ilə yaxın müstəqillik tarixi var. Oturuşmuş qüdrətli bir dövlətdir ki, bu gün 40-50 ildən sonra dünya düzəninin necə olacağını müəyyənləşdirir: "Buna baxmayaraq, bu ölkənin də daxilində olduqca ciddi problemlər var. Məsələn, ABŞ hazırda orta sinifin getdikcə sıradan çıxması kimi problemlərlə üz-üzədir. Bunu ölkənin rəsmi şəxsləri də etiraf edir, mətbuatda açıq şəkildə göstərir. Ən əsas problem isə irqçilikdir ki, ölkənin birinci şəxsinin kimliyindən və milli mənsubiyyətindən asılı olmayaraq, ABŞ-da insanlara hələ də dərilərinin rənginə görə qiymət verilir. Başqa ölkələri insan haqlarını pozmaqda ittiham edənlər nədənsə ötən il polis tərəfindən öldürülmüş qaradərili Maykl Braun, Erik Qarner, Akai Qurley və Tamir Raysı insan saymadılar, onların haqqını tanımaq, hüquqlarını qorumaq istəmədilər. Ötən ilin sonlarında Nyu York, Kentukki, Kaliforniya, Massaçusets, Missuri, İllinoys və Kolorado ştatlarında keçirilən irqçilik əleyhinə etiraz aksiyalarının zorakılıqla dağıdıldığını kim unudub ki? Üç əsrə yaxın dövlətçilik tarixi olan ABŞ bu problemi hələ də aradan qaldıra bilmirsə, onda hansı haqla başqa ölkələrdə daxili sabitliyi pozmağa yönələn cəhdlərin qarşısı alınarkən bəyanatı bəyanata calayır? Biz çoxsaylı faktlar sadalaya bilərik ki, ABŞ-ın başqa ölkələrə qarşı qeyri-səmimi davrandığı, daxili siyasətindəki gözlə görünən elementlərinin demokratiyadan uzaq olduğu hər kəsə bir daha aydın olsun. Azərbaycanda isə milli kimlik məsələsi heç vaxt problem olmayıb. Sülhə, əmin-amanlığa, dostluğa çağıran siyasətə üstünlük verən Azərbaycan multikultural dəyərlərə söykənən və tolerantlığın tam mənada möhkəmləndiyi bir ölkəyə çevrilib. Bu gün dünyanın dörd bir yanında milli, dini, irqi zəmində baş verən qanlı toqquşmalar, münaqişələr fonunda Azərbaycan bütün bunların əksini özündə təcəssüm etdirən parlaq bir dövlətçilik nümunəsi ilə fərqlənir. Bax, qarşılaşdığımız ikiüzlü siyasətin səbəbi də elə sadaladığımız amillərdir".

F.Yusifov qeyd edib ki, Azərbaycan kiminsə əlinin altında vasitəyə, oyuncaq ölkəyə çevrilmək istəmir, başqaları arasında yaranan münaqişələrdə, kimlərinsə nüfuz savaşında da tərəf nümayiş etdirmək niyyətində deyil: "Bu da balaca bir ölkə üçün xarakterik hesab olunmadığından bu gün Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil olunur, mövqelərimizi zəiflətməyə hesablanmış addımlar atılır. Bəli, hədəfdə dövlətimizdir və deməli, belə bir məqamda hər bir azərbaycanlı əsl vətəndaşa çevrilməlidir. Kimsə ağlının ucundan da keçirməməlidir ki, bu təzyiqlər, təhdidlər və təxribat xarakterli əməliyyatlar Azərbaycanın mövcud hakimiyyətinə qarşı yönəlib. Qətiyyən belə deyil. Kifayət qədər əlverişli coğrafi ərazidə yerləşən, təbii resurslarla zəngin balaca bir ölkənin tamamilə müstəqil siyasət yürütməsi, bununla paralel dayanıqlı iqtisadi sistem formalaşdırması və müasir silahlarla təchiz olunmuş bir orduya sahiblənməsi heç bir halda dünya güclərinin marağına cavab vermir. Analiz edirlər, hesablayırlar ki, bu gedişatla Azərbaycan işğaldakı torpaqlarını azad edib daha möhkəm mövqelər eldə edəcək. Bu isə Azərbaycana imkan yaradacaq ki, Ermənistan üzərində tam üstünlüyünü təmin etsin və hazırda ermənilərin ərazisi hesab olan tarixi Azərbaycan torpaqlarının da geri qaytarılması məsələsini beynəlxalq təşkilatların gündəminə gətirsin. Dövlət gücləndikcə, zənginləşdikcə onun kənar təsirlərə qarşı müqavimət gücü artır, iddiaları genişlənir və tarix boyu itirdikləri nə varsa hamısını geri qaytarmağa çalışır. Bu baxımdan anti-Azərbaycan kampaniyaların arxasında həm də Qərbdəki erməni dairələrinin dayandığı barədə iddiaları əsassız hesab etmək olmaz. Təzyiqlərin başqa bir səbəbi isə regionda reallaşdırılan və Azərbaycanın da əsas oyunçularından olduğu nəhəng qaz ixracı layihələridir. Toqquşan iqtisadi maraqlar fonunda Azərbaycanın tutduğu mövqedən çəkindirmək istəyənlər hər vasitəyə əl atır, dövlətin iqtisadi siyasətinə təsir göstərməyə çalışırlar".

F.Yusifov Azərbaycanda daxili gərginlik yaratmaq, müxtəlif təxribatlar törətmək məqsədilə kifayət qədər böyük pullar xərcləndiyinə diqqət yönəldərək, bu vaxta qədər "Demokratiyaya dəstək" adı altında dövlətə qarşı yönəlmiş çoxsaylı layihələrin maliyyələşdirildiyini vurğulayıb: "Təəssüf ki, elələri də tapılıb ki, öz ölkəsinin maraqlarını qrant layihələrinə, müxtəlif ianələrə qurban verməkdən belə çəkinməyiblər. Lakin onların ziyanlı və bilavasitə dövlətə xəyanət xarakterində olan fəaliyyəti Azərbaycanın təhlükəsizlik qurumları tərəfindən müəyyən edilib və ölkəmizə qarşı qurulmuş müxtəlif səpkili planlar tamamilə ifşa olunaraq müvafiq hüquqi tədbirlər görülüb. Lakin Azərbaycanın müstəqil siyasət kursunu getdikcə möhkəmləndirməsi faktına əsaslandıqda deyə bilərik ki, ölkəmizə qarşı yönəlmiş təzyiqlər getdikcə daha da arta və yeni-yeni planlar hazırlana bilər. Bir tərəfdən Dağlıq Qarabağ probleminə qarşı dünyanın tutduğu ədalətsiz mövqeyə, bir tərəfdən də xaricdən maliyyələşdirilən və bilavasitə daxili sabitliyi pozmağa hesablanan addımlara qarşı mübarizə aparmalı olan Azərbaycan dövlətinin hansı mürəkkəb situasiya ilə üzləşdiyini görməmək mümkün deyil. Belə vəziyyətdə isə bizim hər birimizdən gerçək vətəndaşlıq mövqeyi tələb olunur. Biz müstəqiliyyimizi ona görə bərpa etməmişik ki, hansısa ölkənin iqtisadi və siyasi maraqlarına görə ondan imtina edək. Biz bayrağımızı ona görə ucaltmamışıq ki, başqa ölkələrin bayrağının altına sığınmaq istəyənlərin əməllərinə göz yumub onların dağıdıcı fəaliyyətinin daha da genişlənməsinə şərait yaradaq. Bu adamların hamısı xaricdən xüsusi təlimat alaraq öz dövlətinə xidmət edən, onun maraqlarını heç nəyə dəyişməyən vətəndaşları, ictimai və siyasi fəalları "satqın" adlandırır, amma özləri başqa ölkələrin hətta xüsusi xidmət orqanları ilə belə əməkdaşlıq edir, müəyyən məbləq müqabilində casusluq fəaliyyəti göstərirlər. Belələri təkcə Avropa ölkələrində yaşamaq həvəsilə istənilən dövlət sirrini düşmənə də verməyə hazırdı. İndi biz soruşuruq: Kimdir satqın?"

Onun fikrincə, bayrağımızın, dövlətimizin ətrafında birləşmək ehtiyacının yarandığı bir dövrdəyik və indi hər bir ölkə vətəndaşı dövlət maraqlarınn müdafiəsində dayanmalıdır: "Vətəndaş Cəmiyyətinin təmsilçilərindən indi heç vaxt olmadığı qədər fəallıq tələb olunur və sevindirici haldır ki, biz bunu "I Avropa Oyunlarına Dəstək" Koalisiyasının yaranmasında və inkişaf etməsində görə bilirik. Qarşıdakı oyunlar Azərbaycanın siyasi və iqtisadi perspektivləri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu böyük tədbirin Azərbayacana verəcəyi dividentləri dəqiq hesablayanlar təsadüfi deyil ki, məhz bu ərəfədə təzyiqlərini bir qədər də artırıblar. Bu baxımdan, Vətəndaş Cəmiyyətini formalaşdıran tərəflərin bir araya gələrək bir koalisiyada birləşdirilməsi ideyası alqışa layiqdir. Vətəndaş Cəmiyyətinin bir üzvü kimi bu təşkilatlanmanın ideoloqlarına minnətdarlığımızı bildiririk. Hesab edirik ki, bu Koalisiya Azərbaycanın haqq sözünün bütün dünyaya çatdırılmasında çox böyük rola malik olacaq. Özü də təkcə indi yox, I Avropa Oyunlarından sonra da bu Koalisiya fəaliyyətini gücləndirməli və dövlətimizin, onun maraqlarının keşiyində dayanmalıdır. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrimiz məsuliyyəti bir qədər də artırıb mənşəyi bəlli olmayan informasiyalardan qaçmalı və dövlətimizin maraqlarına xələl yetirən məlumatları müəyyən etməyi bacarmalıdırlar. Bu gün Azərbaycan təkcə Ermənistanın deyil, ayrı-ayrı ölkələrin müxtəlif maraqlarına söykənən təxribatları ilə qarşılaşır. Bu sırada siyasi dairələr də var, dini cərəyanlar da. Ölkə mətbuatı ayıq-sayıq olmalı, cəmiyyətimizə ziyanlı informasiyaların ötürülməsinə səy göstərənlərə heç bir şans verməməlidir".

V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Loading Bars
Xəbər lenti
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi
Pərvin Kərimzadə: ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir
"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
Qaradağda lift ustasının ölümü ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Bərpa olunan Çıraqqaladan son görüntülər (FOTO)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?
Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 38 dəfə pozub
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Bərdədə ev yanıb
bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
Goranboyda yük avtomobili yanıb
Qazaxıstanda daha 78 nəfər koronavirusa yoluxub
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır
Çavuşoğlu və NATO-nun baş katibi arasında telefon danışığı olub
Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Türkiyədə zəlzələ baş verib
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Moskvada bir sıra aviareys ləğv edilib
Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb
Bakıda bərbərxana yanıb
Suriyada güclü partlayış baş verib
Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb
BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
İpəyimiz dünya bazarlarına ixrac oluna bilər
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib
"İnstaqram"ın işində qüsurlar yaranıb
Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib
Türkiyədə koronavirusdan sağalanların sayı 263 min nəfəri ötüb
Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb (FOTO)
Daha çox hansı ölkələrə məhsul ixrac edirik?
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
Bakıda mənzildən kişi meyiti tapılıb
TƏBİB: Reanimasiyada olan koronavirus xəstələrinin sayı 112 nəfərdir
1 saylı Bakı DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib (FOTO)
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasını keçirib (FOTO)
BŞTİ: Təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılır (FOTO)
Sentyabrın 18-i üçün teledərslərin cədvəli açıqlanıb
Mariya Zaxarova: Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO)
Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi
TÜRK PA-da Səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib
Vüqar Rəhimzadə: Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
Bakıda qardaşı arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Şəkidə koronavirusa kütləvi yoluxma qeydə alınıb
Sentyabrın 18-də manatın dollara qarşı məzənnəsi
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
Azərbaycanda 119 nəfər koronavirusa yoluxdu, 140 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sabah Sabunçuda içməli suyun verilişində məhdudiyyət olacaq
Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verildi (FOTO)
Təhsil eksperti: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədrisin günün tələblərinə uyğun qurulmasına imkan verir
Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın - TƏKLİF
Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüş keçirib (FOTO)
“AccessBank”ın simaları: Renat Hümbətov: “AccessBank”ın əsas üstünlüyü heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsindədir
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb (FOTO)
ÜST: Avropada koronavirusun yoluxma səviyyəsi narahatlıq doğurur
"BakıKart"ın onlayn ödəmə sisteminə keçidi niyə ləngiyir? - Rəsmi açıqlama
“Qarabağdan danışaq” TV layihəsinə start verilib (VİDEO)
Pandemıya ilə mübarizədə iştirak edən tibb işçilərinə iyul ayı üzrə müddətli əlavələr ödənilib
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanda öldü
Nazir müavini: İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir
Milli Məclisdə mədəniyyətlə bağlı ictimai dinləmələr keçiriləcək
Nazirlər Kabineti iki qərarını ləğv etdi
“Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirildi
Səbail RİH Buxta 9 ünvanındakı evlərlə bağlı FHN-ə müraciət edib
Nazir müavini: Bərpaya ehtiyacı olan abidələrimiz çoxdur
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
Anar Kərimov: Tarixi adət-ənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib
Azərbaycan məhsulu ərəb bazarlarını fəth edir
Korrupsiyaya qarşı mübarizə üzrə gələcəkdə daha hansı işlər görüləcək? - Komissiyanın üzvü Arzu Nağıyev planlardan danışdı
Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır - Anar Kərimovdan TƏKLİF
Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir
DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir
Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi? - DİM AÇIQLADI
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib
Baş Prokurorluq Bakıda intihar edən müəllimə ilə bağlı məlumat yaydı
DİM: V qrupda keçid ballarının artırılacağı gözlənilir
Bu qrup üzrə qəbul planı artırılıb
5-ci qrupa sənəd verən abituriyent və subbakalavrların sayı açıqlandı
Ekspert: Müəllimlər onlayn dərslərdə daha interaktiv metodlardan istifadə etməlidirlər
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub (FOTO)
Kürün səviyyəsi yenidən azalıb
Müəllimin özünü yaşadığı binadan atması ilə bağlı AÇIQLAMA verildi
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirə qatılıb
Ermənistandan Gürcüstana külli miqdarda qaçaqmalçılığın qarşısı alınıb
Bütün xəbərlər