...

Azərbaycan və Türkiyə hərbçiləri döyüş atışı ilə hədəfləri məhv ediblər (FOTO+VİDEO)

Siyasət Materials 14 May 2015 17:29 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin döyüş atışı mərhələsi keçirilib.
Azərbaycan və Türkiyə hərbçiləri döyüş atışı ilə hədəfləri məhv ediblər (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin döyüş atışı mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin növbəti, döyüş atışı mərhələsi keçirlib.

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin senarisinə əsasən döyüşdə iştirak edən qüvvələr və yardımçı bölmələri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlər döyüş atışlarını və raket buraxılışlarını yüksək dəqiqliklə həyata keçirərək bütün hədəfləri məhv ediblər.

Təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti